Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) rəsmi saytında 2025-ci ildə dünya ən yaxşı yarımmüdafiəsi mükafatına namizədlərin siyahısını dərc edib. Sport24.az xəbər verir ki, qısa siyahıda 15 futbolçu yer alıb.

 

Arda Güler, Bruno Fernandes, Koul Palmer, Florian Virtz, Cud Bellinqem, Kevin De Bruyne, Lamin Camal, Martin Odeqor, Pedri, Vitinya, Lionel Messi, Ceyms Rodriges, Reo Hatate, Məhəmməd Kudus və Malik Tillman mükafata namizədlər arasındadır.

 

Qeyd edək ki, seçim bütün futbol mövsümünə deyil, təqvim ilinə əsaslanır. Səsvermənin yekun nəticələri 10 dekabrdan sonra açıqlanacaq.