Haiti azarkeşləri ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına qatıla bilməyəcəklər. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. 

 

Buna səbəb ABŞ prezidenti Donald Trampın iyun ayında verdiyi sərəncamdı.

 

Tramp Haiti vətəndaşlarını "Amerika Birləşmiş Ştatlarının və xalqının milli təhlükəsizliyini və milli maraqlarını qorumaq" məqsədilə ABŞ-a girişi qadağan edilmiş 12 ölkənin siyahısına daxil edib. 

 

Haiti millisinin bütün oyunları ABŞ ərazisində keçirilərsə, haitililər komandalarını dəstəkləyə bilməyəcəklər.

 

Qeyd edək ki, bu qadağa futbolçulara şamil olunmur. Onlar ölkəyə sərbəst şəkildə daxil ola biləcəklər. Sərəncam idmançılara, məşqçilərə və idman komandalarına yarışlarda iştirak etməyə icazə verir.