"Tottenhem" "Kristal Pelas"ın qapıçısı Din Henderson ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.
Mənbənin sözlərinə görə, London klubu hazırkı qolkiperi Vikaryonu bu yay satacağı təqdirdə, onun əvəzinə Din Hendersonu gətirməyi planlaşdırır.
Qeyd edək ki, Din Henderson bu mövsüm 39 oyunda iştirak edib, 42 qol buraxıb və 15 oyunda qapısını toxunulmaz saxlayıb