Braziliya millisinin heyətində ikiqat dünya çempionu olan Kafu həmyerlisi, "Santos"un hücumçusu Neymarı tərifləyib. Sport24.az xəbər verir ki, o, bu barədə qonaq olduğu "PodPah TV"-də danışıb.
Kafunun sözlərinə görə, Neymar öz nəslinin ən yaxşı oyunçusudur və hətta Lionel Messi və Kriştiano Ronaldonu da geridə qoyur:
"Mənim fikrimcə, Neymar Messidən daha yaxşıdır. O, Messi qədər əzmkar olmaya bilər. Ancaq bu nəslə baxsanız, Neymar hamısını üstələyir: Messi, Kriştiano Ronaldo, Mbappe...
Neymar daha yaxşı texnikaya malikdir və daha çox yönlü oyunçudur. O, hətta bu ikisindən - Messi və Ronaldodan da daha yaxşıdır. Amma təbii ki, özünə fikir vermək baxımından mən Kriştianonu seçərdim".
Qeyd edək ki, Neymar 2025-ci ilin qışından "Santos"un fomasını geyinir.