"Turan Tovuz" Misli Premyer Liqasının 2025/26 mövsümündə 14-cü qələbəsini qazanıb. Qərb təmsilçisi evdə "Qəbələ"ni 3:2 hesabı ilə məğlub edib. Sport24.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Tovuz klubu bununla da Premyer Liqada bir mövsümdəki qələbə sayında öz rekordunu təkrarlayıb.

 

4-cü dəfə yüksək dəstədə mübarizə aparan "Turan Tovuz" ötən mövsümdə də 14 dəfə qalib gəlib. Çempionatın sonuna 8 tur qalmış bu rekorda çatan komanda növbəti qələbə ilə göstəricini yeniləyəcək.