"Sevilya" baş məşqçi Matias Almeyda ilə yolları ayıracaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib. 

 

Mənbənin sözlərinə görə, rəhbərlik artıq 52 yaşlı argentinalı mütəxəssisi işdən çıxarmaq qərarına gəlib.

 

Almeyda 2025-ci ilin yayından bəri "Sevilya"ya rəhbərlik edir. Komanda onun rəhbərliyi altında 32 oyun keçirib, 10 qələbə, 7 heç-heçə və 15 məğlubiyyət qeydə alıb.

 

Qeyd edək ki, komanda 29 oyundan sonra 31 xalla La Liqada 15-ci yerdədir. "Yarasalar" son iki oyunda ardıcıl iki məğlubiyyət alıb və dörd oyunda qələbə qazana bilməyib.