"Qarabağ"ın qapıçısı Mateuş Koxalski karyerasını ölkəsində davam etdirə bilər. Sport24.az-ın məlumatına görə, Poznanın "Lex" klubu 25 yaşlı qolkiperlə yaxından maraqlanır.

Ekstraklasa təmsilçisinin yayda polşalı oyunçu üçün "Qarabağ"a rəsmi təklif göndərəcəyi gözlənilir. Onlar böyük məbləğdə təzminat ödəməyə də hazırdırlar.

"Lex" liqanı birinci pillədə bitirəcəyi təqdirdə UEFA Çempionlar Liqasında uğurlu çıxış etmək niyyətindədir və bunun üçün yaxşı heyət formalaşdırmaq istəyir. Poznan komandasının qapıçısı Bartoş Mrozek də Koxalski kimi Polşa yığmasına dəvət alıb. Lakin bu oyunçunu da istəyən klublar çoxdur.

Qeyd edək ki, Mateuş Koxalskinin "Qarabağ"la 2027-ci ilin yayınadək müqaviləsi var.