"Tottenhem"də yeni baş direktor təyinatı gerçəkləşib. Sport24.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
London təmsilçisi baş direktor vəzifəsinə Vinay Venkateshamı gətirib.
44 yaşlı mütəxəssis qarşıdan gələn yayda yeni işinə başlayacaq. Əvvəllər o, 14 il "Arsenal" işləyib. Venkatesham sözügedən klubda qlobal kommunikasiyalar rəhbərindən CEO-ya qədər yüksəlib.
Bundan əvvəl Venkatesham 2012-ci il London Olimpiadasının Təşkilat Komitəsinin və Avropa Klublar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü olub. O, hazırda Britaniya Olimpiya Assosiasiyasının müşahidə şurasının üzvüdür.