Almaniya 2-ci bundesliqasında 29-cu turun oyunları davam etdirilir. Sport24.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası "Nürnberq" səfərdə "Kayzerslautern"lə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə 22:30-da başlayacaq.
Emreli də bu oyunun iştirakçısı olacaq. O, uzun müddət əsas heyətdən kənarda qaldıqdan sonra bugünkü görüşün ilk 11-liyində yer alıb.
Qeyd edək ki, hazırda "Nürnberq" turnir cədvəlində 41 xalla 9-cu, "Kayzerslautern" isə 46 xalla 5-c
idir.