"Bavariya"nın və Almaniya millisinin sabiq qapıçısı Oliver Kan maliyyə problemlərinə görə 2024-cü ilin yayında Fransa çempionatının dördüncü güclü divizionuna düşmüş Fransanın "Bordo" klubunu almaq üçün rəsmi təklif edib. Sport24.az xəbər verir ki, bu barədə Almaniyanın Bild portalı məlumat yayıb.
Mənbə bildirir ki, Kan klubu almaq üçün 30 milyon avrosundan keçəcək. Qeyd olunur ki, lazımi məbləğin olmasına baxmayaraq, sövdələşmə hələ də tamamlanmayıb. Kan yaxın illərdə Fransa klubunu Liqa 1-ə qaytarmaq niyyətindədir.
Qeyd edək ki, "Bordo" 6 dəfə Fransa çempionu, 4 dəfə kubokun qalibi və 3 dəfə ölkə Superkubokunun qalibi olub.