Albaniya Super Liqasında XXXIV turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatia" səfərdə "Partizani"ylə qarşılaşıb.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.
Oyuna start heyətində başlayan Zamiq 87-ci dəqiqədə Leo Melo ilə əvəzlənib.
Aktivində 58 xalı olan "Eqnatia" turnir cədvəlində liderdir.