"Real"ın prezidenti Florentino Peres və klubun baş direktoru Xose Anxel Sançes klubun baş məşqçisi Karlo Ançelotti ilə görüş keçirib. Sport24.az xəbər verir ki, bu barədə İspaniyanın COPE nəşrinin jurnalisti və insayderi Migel Anxel Diaz məlumat yayıb.

 

Mənbənin məlumatına görə, nahar görüşü zamanı Madrid klubunun rəhbərliyi italiyalı mütəxəssisin İspaniya çempionatında və Çempionlar Liqasında ardıcıl məğlubiyyətlərdən sonra əhvalını yoxlamaq istəyib. Qeyd olunur ki, rəhbərlik görüşdə Ançelottinin klubdakı gələcəyi də müzakirə olunub.

 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Ançelottinin mövsümün sonunda "Real"dan qovula biləcəyi ilə bağlı xəbərlər yayılıb.