"Tottenhem"in baş məşqçisi Roberto De Zerbi London klubunun Premyer Liqanı tərk edəcəyi halda belə postundan getməyəcəyi açıqlayıb. Sport24.az xəbər verir ki, italyan mütəxəssis bu barədə "The Standard" nəşrinə danışıb:
"Bəli, hər şeyi təsdiqləyirəm. Bazar günü taleyüklü matçı oynasaq belə, "Tottenhem"in baş məşqçisi olmaq mənim üçün şərəfdir. Bu, problem deyil. Mənim üçün futbol liqa cədvəlindən və yarışın səviyyəsindən daha çox şeydir".
İtalyan məşqçi bu ilin martından "Tottenhem"in "sükanı arxasına" keçib. Londonlularla altı oyuna (2 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət) çıxıb.
Qeyd edək ki, Premyer Liqada qalmaq üçün "Tottenhem"in bu gün "Everton"la keçiriləcək oyunda bir xal da kifayət edir. "Vest Hem"i evdə "Lids"ə məğlub etməyəcəyi halda belə London klubu Premyer Liqada qalacaq.