Hücumçu Tomas Müller Kanadaya üz tutub. Sport24.az "Bild"ə istinadən xəbər verir ki, 35 yaşlı almaniyalı "Vankuver Uaytkeps" klubu ilə razılığa gəlib.

 

Müqavilə 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, Müller "Bavariya"nın yetirməsidir. O, Almaniya nəhənginin heyətində 13 Bundesliqa çempionluğunu, 8 Almaniya Superkubokunu və 6 Almaniya Kubokunu qazanıb. Tomas həmçinin, 2 dəfə Çempionlar Liqasının, 2 klublararası dünya çempionatının və 2 dəfə UEFA Super Kubokunun qalibi olub.