"Axmat"ın keçmiş hücumçusu Bernard Berişa Qroznıdakı karyerasından, xüsusən də Çeçenistan rəhbəri Ramzan Kadırovun hədiyyəsi ilə bağlı xatirələrini bölüşüb. Sport24.az xəbər verir ki, kosovolu hücumçu bununla bağlı "Championat" portalına açıqlamasında danışıb:

 

"Tambov"a 0:1 hesabı ilə uduzurduq. Son dəqiqədə mən qol vurdum. Oyundan sonra Ramzan Axmatoviç mənə maşın hədiyyə etdi. Əla idi! Mən ona çox hörmət edirəm, bu gün də əlaqə saxlayırıq".

 

Qeyd edək ki, forvard 2017-ci ildən "Axmat"ın formasını geyinib. O, meydana çıxdığı 199 matçda 28 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. İyulun 17-də tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.