Azərbaycan cüdoçusu Elcan Hacıyev (90 kq) dünya reytinqində ikinci yerə yüksəlib. Sport24.az xəbər verir ki, dünya çempionatının bürünc mükafatçısı və bu yaxınlarda Universiadada gümüş medal qazanan Hacıyev reytinqdə yalnız yaponiyalı Sanşiro Muraoya uduzur.

 

Hidayət Heydərov (73 kq) isə reytinqdə yer aldığı zirvəni əldən verib. Olimpiya çempionu hazırda a-cı yerdə qərarlaşıb.l

 

Son Olimpiadanın daha bir qalibi Zelim Kotsoyev (100 kq) isə son açıqlanan reytinqdə 3-cü pillədədir. Zelim Tçkayev (81 kq) isə ikincidir. 

 

Balabəy Ağayev (60 kq) doqquzuncu, Ruslan Paşayev (66 kq) isə ilk 16-lıqda yer alıb. Uşangi Kokauri (+100 kq) onuncu yerdədir.