"Real"ın qapıçısı Tibo Kurtua bud əzələsindən aldığı zədə səbəbindən altı həftəlik sıradan çıxıb. Sport24.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Əvvəlcə belçikalı qolkiperin sağ ayağında yırtıq əzələsi olduğu bildirilirdi. Ancaq bu gün keçirilən tibbi müayinədən sonra məlum olub ki, Tibonun sağ budunda düzbucaqlı əzələsi yırtılıb. d

 

Xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" ilə (2-1) oyunda belçikalı qapıçı fasilədən sonra ukraynalı Andrey Luninlə əvəz olunmuşdu. Bildirilirdi ki, Tibo zədəni oyunöncəsi isinmə hərəkətləri zamanı almışdı.

 

Qeyd edək ki, Kurtua bu mövsüm bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 39 qol buraxıb. 15 matçda dəfə qapısını toxunulmaz saxlayıb.