"Əl-Hilal "Milan"ın müdafiəçisi Teo Hernandes ilə müqavilə imzalayacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, tərəflər nəhayət ki, transferlə bağlı razılığa gəliblər. Müqavilənin dəyəri 25 milyon avro olacaq. 27 yaşlı futbolçu yaxın günlərdə müqaviləyə imza atacaq.

 

Qeyd edək ki, Ernandes 2019-cu ildən "Milan"da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 49 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.