Niderland I Liqasında XXIII turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu Ozan Can Kökcünün şərəfini qoruduğu "Telstar" doğma meydanda "Yonq Ayaks"ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Ozan Can bu görüşün iştirakçısı olmayıb. 23 yaşlı yarımmüdafiəçinin adı oyunun iştirak ərizəsinə daxil edilməyib.

Xallarını 26-ya yüksəldən "Telstar" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.