"Atletiko" və Belçika millisinin sabiq üzvü Yannik Karrasko "Əl-Şəbab"ı tərk etməyə hazırlaşır. Sport24.az xəbər verir ki, təcrübəli futbolçu Avropaya qayıtmaq niyyətindədir.

 

31 yaşlı futbolçunun "Əl-Şabab"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

 

O, karyerası ərzində "Monako", "Atletiko", "Dalian Yifanq", "Atletiko" klublarında oynayıb. Karrasko 2023-cü ildən "Əl-Şabab"ın üzvüdür. 

 

Karraskonun İspaniya və ya Türkiyəyə yollanacağı gözlənikir.