"Jirona"nın müdafiəçisi Ladislav Kreyçi karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Sport24.az xəbər verir ki, "Vulverhempton" çexiyalı futbolçunun keçidini yekunlaşdırıb.

 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

Artıq klublar arasında razılıq əldə olunub. "Qurdlar" 26 yaşlı mərkəz müdafiəçisi üçün İspaniya klubuna 25 milyon avro təzminat ödəyəcək.

 

Qeyd edək ki, "Jirona" Ladislav Kreyçini 2024-cü ilin yayında Praqa "Sparta"sından transfer edib. Çexiya millisinin üzvü La Liqa təmsilçisinin heyətində 37 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.