Kolumbiya millisinin və "Qalatasaray"ın müdafiəçisi Karlos Kuesta Türkiyəni tərk edib. Sport24.az xəbər verir ki, o, "Spartak"la yekun danışıqlar və tibbi müayinədən keçmək üçün Moskvaya yollanıb.

 

Transfer məbləği 6,5 milyon avro olacaq və bir sıra şərtlər üst-üstə düşərsə, Türkiyə klubu gələcəkdə daha iki milyonu büdcəsinə əlavə edəcək. "Spartak" Kuesta ilə 3 illik müqavilə imzalayacaq.

 

Futbolçu isə Moskva klubunda mövsümdə 1,9 milyon avro qazanacaq. 26 yaşlı futbolçunun "Qalatasaray"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, 2025-ci ildə 8 milyon avro qarşılığında "Genk"dən "Qalatasaray"a keçib.