Misli Premyer Liqasının II turunun "Kəpəz" – "Karvan-Yevlax" oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– İki komanda da qələbə qazanıb, xallarını artırmaq istəyirdi. Komandamız əzmkar mübarizə apardı, lazım olan üç xalı qazandı. Futbolçulara təşəkkür edirəm, sona kimi mübarizə apardılar.

 

– Premyer Liqada ilk qələbə sizin adınıza yazıldı. Hissləriniz necədir?


– Məşqçi kimi sevinirəm ki, adım qalib gələn komandanın baş məşqçisi kimi tarixə düşdü. Gələcəkdə daha yaxşı hazırlaşıb, oyunları təhlil edib, hazırlaşmağa çalışacağıq.

 

– Əsas qapıçınız Pedro Mateusun durumu necədir və Kamran İbrahimov özünü necə göstərdi?


– Kim daha yaxşıdır, o oynayır. Pedronun mikro zədəsi var. Sabah daha dəqiq bilinəcək necə olacağı. Daha əvvəl oyunlarda Kamrana şans vermişdim. Pedro zədələnəndən sonra Kamrana yaxınlaşdım və dedim ki, sənə inanıram.