Türkiyə birinci liqasında üçüncü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Sərtan Taşkının formasını geydiyi "Serik Spor" səfərdə "Erokspor"un qonağı olub. 

 

Matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Sərtan da komandasının darmadağın olduğu görüşün iştirakçısı olub. Görüşə ehtiyatdan başlayan 27 yaşlı müdafiəçi 46-cı dəqiqədə Gökhan Karadenizin əvəzinə meydana daxil olub. 

 

3 turdan sonra 4 xalı olan "Serik Spor" turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.