Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, onun çıxış etdiyi "Motor Lüblin" Ekstraklasanın 6-cı turunda "Korona Kielçe"nin qonağı olub.

 

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyuna ehtiyatdan başlayan Renat 73-cü dəqiqədə Karol Czubakın əvəzinə meydana daxil olub. 

 

Qeyd edək ki, Dadaşovun komandası 5 turdan sonra 5 xalla 15-ci pillədə qərarlaşıb.