Portuqalyanın "Sportinq" klubu növbəti keçini reallaşdırmağa yaxındır. Sport24.az xəbər verir ki, Lissabon təmsilçisi "Venetsiya"nın yarımmüdafiəçisi İssa Dumbiya ilə razılıq əldə edib.

Mənbənin sözlərinə görə, transferin ümumi dəyəri 26 milyon avro olacaq. "Sportinq" 20 milyon avro sabit ödəniş edəcək, əlavə olaraq 6 milyon avro bonus nəzərdə tutulub. 21 yaşlı futbolçunun gələn həftə tibbi müayinədən keçmək üçün Portuqaliyaya yollanacağı bildirilir.

Qeyd edək ki, "Sportinq" daha əvvəl "Braqa"dan Rodriqo Salasarı 30 milyon avroya transfer etmişdi. Bununla da klub yayda transferlərə ümumilikdə 50 milyondan çox vəsait xərcləyib.