İsveç millisinin baş məşqçisi Qrem Potter 2030-cu ilə qədər komandanın "sükanı arxasında" olacaq. Sport24.az xəbər verir ki, bu barədə İsveç Futbol Assosiasiyası rəsmi məlumat yayıb.  

 

İngilis mütəxəssis 2025-ci ilin oktyabrında "Vest Hem"dən qovulduqdan sonra İsveç yığmasının baş məşqçisi təyin olunub. müqavilə imzalayıb. Komanda DÇ-2026-ya vəsiqə qazanacağı halda müqavilənin avtomatik olaraq uzadılması nəzərdə tutulurdu. Lakin İsveç Futbol Assosiasiyası dünya çempionatının pley-off mərhələsindən əvvəl onunla yeni sözləşmə imzalamaq qərarına gəlib.

 

Qeyd edək ki, İsveç DÇ-2026-nın pley-off mərhələsinin yarımfinalında Ukrayna ilə qarşılaşacaq. Bu matçın qalibi pley-offun finalında Polşa - Albaniya cütünün qalibi ilə üz-üzə gələcək.