Eduardo Kamavinqa mövsümün sonunda "Real"dan ayrıla bilər. Sport24.az xəbər verir ki, "kral klubu" fransalı yarımmüdafiəçini satmağı planlaşdırır. Bu barədə "Marca" nəşri məlumat yayıb.

 

La Liqa nəhəngi yayda Kamavinqa üçün gələn təklifləri dəyərləndirəcək. Klub 23 yaşlı futbolçuya 50 milyon avro qiymət qoyub.

 

Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin yayında "Renn"dən 31 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.