"Əl Nəsr" və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo "Vega Members Club"u ziyarət edib. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbənin söxlərinə görə, Portuqaliyalı hücumçu diz zədəsindən bərpa olunduğu müddətdə Madriddə qalmasını fürsət bilərək şəhərin yeni diqqətçəkən iş və əyləncə məkanlarından sayılan bu məkana baş çəkib. Klub Kriştiano Ronaldo, eləcə də iş adamları İniqo Oniyeva və Manuel Kampos Quayar tərəfindən yaradılıb.
Madridin Salamanka bölgəsində yerləşən və martın 6-da rəsmi açılışı olan klub, paytaxtın iş, mədəniyyət və sosial həyatında yeni görüş nöqtəsi olmağı hədəfləyir.
Ronaldo səfəri zamanı tərəfdaşları ilə birlikdə layihəni yerində incələyib. Klubun konsepsiyası isə biznes, mədəniyyət, qastronomiya və əyləncəni yüksək məxfilik şəraitində bir araya gətirməkdir.