İtaliya millisinin 7 futbolçusu zədə səbəbindən dünya çempionatının seçmə mərhələsinin pley-off mərhələsində Şimali İrlandiya ilə oyunu buraxa bilər. Sport24.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.  

 

Mənbənin sözlərinə görə, İtaliya millisinə potensial namizədlər arasında 7 oyunçu hazırda zədədən əziyyət çəkir. Bunlar Marko Verratti, Covanni Leoni, Matteo Qabbia, Covanni Di Lorenso, Destin Udoqi, Nikolo Rovella və Antonio Verqaradır.

 

Onların arasında millidə 53 oyun keçirən Di Lorensonun hələ də pley-offda komandaya kömək etmək şansı var. "Tottenhemin" formasını geyinən Udoginin yaxın günlərdə sıraya dönə biləcəyi söylənilir. Hazırda bu oyunçuların İtaliya millisinə çağırılıb-çağrılmayacağı məlum deyil.

 

Qeyd edək ki. İtali Şimali İrlandiya səddini keçəcəyi halda Uels - Bosniya-Herseqovina cütün qalibi ilə üz-üzə gələcək.