"İnter"in baş məşqçisi Simone İnzaqi sabah gələcəyi ilə bağlı qərarını verəcək. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, mütəxəssis iyunun 3-də klub rəhbərliyi ilə görüşəcək.
49 yaşlı italiyalı baş məşqçinin "İnter"lə hazırkı müqaviləsi 2026-cı il iyunun 30-dək nəzərdə tutulub. Yayılan xəbərlərə əsasən "Əl-Hilal" da İnzaqiyə təklif göndərib.
Qeyd edək ki, İnzaqinin çalışdırdığı "İnter" mayın 31-də Çempionlar Liqasının finalında PSJ-yə 0:5 hesabı ilə məğlub olub.