"İnter"in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Barselona" ilə heç-heçə (3:3) etdikləri oyundan sonra Lamin Yamalın çıxışını dəyərləndirib. Sport24.az xəbər verir ki, italyan mütəxəssis bununla bağlı UEFA-nın mətbuat xidmətinə açıqlama verib:
"Lamin 50 ildə bir dəfə yaranan istedaddır və o, oyunu ilə məni heyran etdi. Futbolçularım onun qarşısını almaq üçün çox çalışdırlar".
Qeyd edək ki, "İnter"lə "Barselona" arasında cavab oyunu mayın 6-da baş tutacaq.