“Sevilya” baş məşqçi Xulen Lopeteqini istefaya göndərib.

Sport24.az xəbər verir ki, klub rəhbərliyi Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Borussiya”ya (Dortmund) 1:4 hesabı ilə uduzduqdan dərhal sonra Lopeteqi ilə yollarını ayırıb.

O, 2019-cu ilin yayında “Sevilya”ya baş məşqçi təyin edilmişdi.

Əndəlusiya təmsilçisinin Fatih Terimlə anlaşdığı bildirilir.