"Selta"nın futbolçusu Serxio Karreyra komandasının "Frayburq"a qarşı keçirəcəyi cavab oyunu öncəsi iddialı danışıb. Sport24.az xəbər verir ki, gənc müdafiəçi son turda "Oviedo"ya 0:3 hesabı ilə məğlub olduqları matçda yol verdiyi səhvlərdən nəticə çıxardıqlarını bildirib:

"Məlum idi ki, Oviedo ilə oyunda səhvlərə yol vermişik. Amma bu səhvləri düzəldə bilərik. İndi əsas diqqətimiz cümə axşamı keçiriləcək qarşılaşmadadır. Geri dönüş edib növbəti mərhələyə yüksəlmək istəyirik".

Qeyd edək ki, "Selta" Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə aldığı 0:3 hesablı məğlubiyyətin əvəzini Viqoda çıxmağa çalışacaq.