Azərbaycan millisinin futbolçusu Sertan Taşkının çıxış etdiyi Türkiyənin "Manisa" komandası baş məşqçisi Mustafa Dalcı ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
I Liqa təmsilçisi 50 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşıb.
Qeyd edək ki, Sertan Taşkın bu qış "Manisa"ya transfer olunub.