"Oyunu izlədim, "Zirə"yə uduzmağımız məyusedicidir". Sport24.az xəbər verir ki, bunu "Zirə"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Moldova "Şerif"inin yeni transferi Gideon Qudlad klubun mətbuat xidmətinə açıqlamasında deyib.

 

19 yaşlı yarımmüdafiəçi Azərbaycanda qalib gələcəklərinə inandığını bildirib:

 

"Bu barədə çox danışdıq, məğlubiyyətin səbəblərini axtardıq. Şəxsən inanıram ki, biz Azərbaycanda qalib gələcəyik. Orada yaxşı nəticə əldə edə bilərik".

 

Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı sabah, saat 20:00-da start götürəcək.