Şotlandiyanın "Seltik" klubunun yeni baş məşqçisi açıqlanıb. Sport.az xəbər verir ki, komandanı Uilfrid Nensi çalışdıracaq.

 

Bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Fransalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Nensi son olaraq "Monreal İmpakt" (ABŞ) klubunu çalışdırıb.