"Seltik"in baş məşqçisi Nil Lennon istefaya göndərilib. Sport24.az xəbər verir ki, Qlazqo təmsilçisi 50 yaşlı şimali irlandiyalı mütəxəssisin qovulması komandanın qənaətbəxş olmayan nəticələri ilə əlaqədar olduğunu açıqlayıb.

Baş məşqçi vəzifəsinə Lennonun köməkçisi Con Kennedi təyin olunub.

Qeyd edək ki, "Seltik" Şotlandiya çempionatında 30 turdan sonra 64 xalla 2-ci pillədə qərarlaşaraq, lider "Reyncers"dən 18 xal geridədir.