Ukrayna təmsilçisi "Şaxtyor" böyük ehtimalla, avrokubok oyunlarını Polşada keçirəcək. Sport24.az xəbər verir ki, bu barəıdə "Meczyki" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ukrayna klubu öz oyunlarını "Mieyski Krakov" stadionunda keçirmək üçün "Visla" rəhbərliyi ilə razılığa gəlməyə yaxındır.
"Şaxtyor" 2022/23 mövsümündə də Çempionlar Liqasının ev oyunlarını Polşada keçirib.
Qeyd edək ki, Donetsk klubu son mövsümdə Ukrayna çempionatında üçüncü yeri tutub və Avropa Liqasının təsnifat mərhələsində çıxış edəcək.