"Fulhem" Donetsk "Şaxtyor"unun futbolçusu Kevinə "elçi" düşsə də, Ukrayna klubu londonluların təklifini geri çevirib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

 

İngilislər braziliyalı cinah oyunçusu üçün 30 milyon avro + bonuslar təklif edib ki, bu da ümumilikdə 40 milyon təşkil edib. Ukrayna klubu isə futbolçuya başqa komandaların da marağının olduğunu nəzərə alıb daha çox pul tələb edir.

 

"Napoli"nin də Kevinlə maraqlandığı bildirilir.

 

Qeyd edək ki, braziliyalı 2024-cü ilin yanvarında 12 milyon avroya "Şaxtyor"a keçib.