İngiltərənin "Sanderlend" klubu "Real" akademiyasının yetirməsi olan gənc yarımmüdafiəçi Tiaqo Pitark üçün rəsmi təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes-in Spanish" məlumat yayıb.
Mənbənin sözlərinə görə, İngiltərə təmsilçisi 18 yaşlı futbolçunun transferi üçün Madrid klubuna təxminən 15 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Tiaqo Pitark bu mövsüm "Real"ın əsas komandasında 144 dəq meydanda olub.