San Marino millisi UEFA Millətlər Liqasının D Liqasının 1-ci qrupunu birinci sırada bitirib. Sport24.az xəbər verir ki, komanda VI turda Lixtenşteyni səfərdə 3:1 hesabıyla məğlub edərək, tarixi uğura imza atıb.

 

Komanda növbəti mövsümdə C Liqasında yarışacaq.

 

San Marino eyni zamanda tarixində ilk dəfə bir oyunda üç qol vurmağı bacarıb.