"Arsenal"ın futbolçusu Bukayo Saka Çempionlar Liqasında "Real"a qalib gəldikləri 1/4 final oyunundan sonra fikirlərini bildirib. Sport24.az xəbər verir ki, ingilis vinger 2:1 hesabıyla qalib gəldikləri matçla bağlı bunları deyib:

 

"Avropanın ən yaxşı komandasını həm evdə, həm səfərdə məğlub etdik. Çempionlar Liqasını qazanacağımıza inanıram. Düşünürəm ki, bunu bacararıq".

 

"Arsenal" yarımfinalda PSJ ilə qarşılaşacaq.