"Mançester Yunayted"in keçmiş oyunçusu Denni Simpson karyerasının sonlarında Kriştiano Ronaldonu motivasiya edən iki məqam barədə danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Goal"a açıqlama verib: 

 

"Onu siyahıdan silmək düzgün olmaz. Düşünürəm ki, qol vurduğu və zədə almadığı müddətdə oynamağa davam edəcək və müqaviləsini yeniləyəcək. Əminəm ki, karyerasında 1000 qol vurmaq və üstəlik, oğlu ilə çiyin-çiyinə meydanda oynamaq istəyir.

 

O, artıq demək olar hər şeyi qazanıb, ona görə də futboldakı son arzusu oğlunu yanında görməkdir. Bundan sonra karyerasını dəyərləndirə və "bundan sonra nə olacaq" deyə biləcək. Düzü, bundan sonra onu nəyin motivasiya edəcəyini deyə bilmərəm". 

 

Qeyd edək ki, Simpson "Mançester Yunayted"in akademiyasının yetirməsidir və 2005-ci ildən 2010-cu ilə qədər klubda oynayıb. Ronaldo isə 2003-cü ildən 2009-cu ilə qədər "qırmızı şeytanlar"ın formasını geyinib.

Ronaldonun hazırda aktivində 949 qol var. Onun 15 yaşlı oğlu "Əl-Nəsr"in gənclər komandasında məşq edir və Portuqaliyanın U-16 millisində debüt edib.