Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası ( FIFA ) Rusiyanın beynəlxalq yarışlara qatılmasına razılıq verə bilər. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Nahuel Lanzon məlumat yayıb.

 

Qurumun rəhbəri Canni İnfantino rusların yenidən beynəlxalq yarışlarda təmin olunması üçün işlərə başlayıb.

 

Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) son iclasında beynəlxalq aləmdə bütün komandaların iştirakının önəmli olduğu vurğulanıb. Qurum FIFA və UEFA-ya rusların oynaması üçün təzyiq göstərməyə başlayıb.

 

Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkənin yığması və klubları Avropa arenasından kənarlaşdırılıb.