"Spartak" 31 yaşlı müdafiəçi Aleksandr Cikuya görə "Fənərbaxça"ya 2 milyon avro ödəyəcək. Sport24.az xəbər verir ki, bu barədə  insayder İvan Karpov Telegram kanalında məlumat paylaşıb.

 

 Futbolçu ilə 2027-ci ilə qədər müqavilə imzalanacaq.

 

Bir müddət əvvəl mətbuatda Moskva klubunun futbolçuya illik 2,3 milyon avroya qədər maaş təklif etdiyi barədə xəbərlər yayılmışdı.

 

Qeyd edək ki, Qana millisinin də formasını geyinən futbolçu 2023-cü ilin yayından İstanbul klubunda çıxış edir. O, ütrk klubunun heyətində meydana çıxdığı 75 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçinin "Fənərbaxça" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.