Portuqaliya millisinin sabiq üzvü Rui Patrisiu karyerasını bitirib. Sport24.az xəbər verir ki, 37 yaşlı qapıçı bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

 

 Portuqaliya yığmasının heyətində 2016-cı ildə Avropa çempionu olmuş Patrisio "Sportinq", "Vulverhempton", "Roma", "Atalanta", "Əl Əyn" klublarında çıxış edib.

 

Qeyd edək ki, Rui Patrisiu 2010-2024-cü illərdə Portuqaliya millisində 108 oyuna çıxıb.