"Liverpul" Məhəmməd Salahı əvəzləyəcək futbolçunu tapıb. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" portalı məlumat yayıb.

 

İngilis klubu misirli oyunçunu yola salacağı təqdirdə PSJ-nin hücumçusu Bredli Barkolanı "rənglərinə bağlamağı" düşünür.

 

23 yaşlı Bredli 2023-cü ildən PSJ-də oynayır. Bu mövsüm fransız forvard 25 oyunda meydana çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Paris klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır.

"Transfermarkt"portalı Bredlinin bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.