"Çelsi" və "Real" "Nottingem Forest"in müdafiəçisi Murillonu transfer etməkdə maraqlıdırlar. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, ingilis klubu 23 yaşlı braziliyalı üçün rekord məbləğ - 68 milyon avro tələb edir. 

 

Qeyd edək ki, Murillo 2025/26 mövsümündə 13 matçda meydana çıxıb və 1 qol vurub. O, 2023-cü ilin avqustundan "Nottingem Forest"də oynayır. 2025-ci ilin yanvarında onun müqaviləsi 2029-cu ilin yayına qədər uzadılıb.

2025-ci ilin martında Murillo Braziliya millisində debüt edib.