Braziliya millisinin sabiq hücumçusu, hazırda isə İspaniyanın "Valyadolid"inin sahibi Ronaldo indiyə qədər eyni komandada çıxış etdiyi ən yaxşı futbolçuların adını açıqlayıb. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, veteran futbolçu iki oyunçunun adını çəkib:
"Braziliya millisində Ronaldinyonun adını çəkə bilərəm. Klub səviyyəsində isə Zidan idi. Zizu səviyyəli, fərqli və çox texnikalı idi. Hər şeyi sadə edirdi".
Qeyd edək ki, Ronaldo karyerası ərzində735 oyun keçirib və 512 qol vurub.